Tramp Baydenin avtomatik imza qurğusu ilə imzaladığı sənədləri ləğv edib

Digər ölkələr
  • 29 noyabr, 2025
  • 00:29
Tramp Baydenin avtomatik imza qurğusu ilə imzaladığı sənədləri ləğv edib

ABŞ-də ölkənin 46-cı prezidenti Co Baydenin avtomatik imza qurğusu ilə imzaladığı bütün sənədlər ləğv ediləcək və etibarsız sayılacaq.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Bayden sənədlərin təxminən 92 faizini avtomatik qurğu ilə imzalayıb.

"Yuxulu Co Baydenin avtopero ilə imzaladığı hər bir sənəd – ümumi sayın təxminən 92 faizi – bu gündən ləğv edilir və heç bir hüquqi qüvvəsi yoxdur", – Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Baydenin ətrafında radikal solçu "dəli"lər dolaşırdı və məhz onlar onun prezidentlik postunu əlindən alıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti