NYT: Tramp və Maduro arasında ötən həftə telefon danışığı olub

Digər ölkələr
  • 29 noyabr, 2025
  • 00:57
NYT: Tramp və Maduro arasında ötən həftə telefon danışığı olub

ABŞ Prezidenti Donald Tramp ötən həftə Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı aparıb.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.

Məlumata əsasən, söhbət ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə baş tutub və tərəflər şəxsi görüşün təşkil olunması imkanını müzakirə ediblər. ABŞ ərazisində potensial danışıqlar gündəmə gətirilsə də, konkret görüş hələlik təyin olunmayıb.

Danışıq Dövlət Departamentinin "Cartel de los Soles" ("Günəş Karteli") adlı qurumu "xarici terror təşkilatı" kimi tanımaq barədə qərarının qüvvəyə minməsindən bir neçə gün əvvəl baş tutub. ABŞ hakimiyyəti bu strukturu Maduro ilə əlaqələndirir.

"Eyni zamanda, ABŞ Karib hövzəsində hərbi iştirakını artırır, bunu narkotik ticarəti ilə mübarizə kimi əsaslandırır və paralel olaraq Maduronun vəzifədən getməsinə nail olmağa çalışır", - NYT qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti