Şimali Kipr nümayəndəsi: TDT ölkələri arasında xəritəçilik və geodeziya sahəsində əməkdaşlıq genişləndirilməlidir

Xarici siyasət
  • 03 dekabr, 2025
  • 14:45
Şimali Kipr nümayəndəsi: TDT ölkələri arasında xəritəçilik və geodeziya sahəsində əməkdaşlıq genişləndirilməlidir

TDT ölkələri arasında xəritəçilik və geodeziya sahəsində əməkdaşlıq genişləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının daxili işlər nazirinin müşaviri Batu Beyit dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında deyib.

Onun sözlərinə görə, TDT ölkələrinin ortaq xəritəsi dəyərlərin simvoluna çevriləcək:

"TDT ölkələri arasında xəritəçilik və geodeziya sahəsində əməkdaşlıq genişləndirilməlidir. Bu gün nəzərdə tutulan məsələlər TDT-yə üzv ölkələr arasında əməkdaşlığın artırılmasıdır. TDT ölkələrinin ortaq xəritəsi sadəcə bir ölkənin sərhədi deyil, həm də ortaq dəyərlərin simvoluna çevriləcək. Bununla ölkələrimizin dostluq və həmrəyliyi artacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti