Səfir: Azərbaycan və Çexiyanın regional sabitlik məsələsində mövqelərin koordinasiyasına böyük potensial var
- 04 dekabr, 2025
- 15:35
Azərbaycan və Çexiya arasında qlobal təhlükəsizlikdə əməkdaşlığın dərinləşdirilməsi və regional sabitlik məsələsində mövqelərin koordinasiyası üçün böyük potensial mövcuddur.
Bunu "Report"a müsahibəsində Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek deyib.
Diplomat qeyd edib ki, hər iki ölkə BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində fəal şəkildə əməkdaşlıq edir:
"Qlobal təhlükəsizlik, davamlı inkişaf və iqlim təşəbbüsləri sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regional sabitlik və enerji təhlükəsizliyi məsələlərində mövqelərin koordinasiyası üçün böyük potensial mövcuddur".
Səfirin sözlərinə görə, yeni əməkdaşlığa yaxşı bir nümunə isə hazırda Azərbaycanın sədrlik etdiyi, Çexiyanın isə birinci vitse-sədr olduğu Beynəlxalq Nəqliyyat Forumudur.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.