Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub

Fərdi
  • 04 dekabr, 2025
  • 16:07
Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub

Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub.

"Report" xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, dekabrın 9-dan 11-dək keçiriləcək Memorial ilk dəfə 2014-cü ildə təşkil olunub. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti