Beynəlxalq Valyuta Fondu Ermənistana 170 milyon dollar ayırıb
Region
- 04 dekabr, 2025
- 15:50
Beynəlxalq Valyuta Fondunun (BVF) iclasında Ermənistana 128,8 milyon SDR (Fondun əsas dünya valyutalarından ibarət səbət əsasında müəyyən edilən hesab vahidi-müəl) məbləğində yeni kredit sazişi təsdiqlənib.
"Report"un məlumatına görə, bu barədə Ermənistan KİV-i bildirib.
Kredit üç il müddətinə ümumi büdcə dəstəyi şəklində (xüsusi təyinat göstərilmədən) təqdim olunacaq. Kredit sazişi imzalandıqdan dərhal sonra Ermənistan üçün ilk tranş – 18,4 milyon SDR (25 milyon dollar) əlçatan olacaq.
Növbəti tranşlar isə Fond missiyalarının mütəmadi qiymətləndirmələrindən sonra veriləcək.
Son xəbərlər
17:31
Nazir: Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması sülhün təmin olunmasına imkan yaradacaq
Xarici siyasət17:25
Azərbaycan və Niderland regional məsələləri və əməkdaşlığı müzakirə edib
Xarici siyasət17:22
Hakan Fidan: ATƏT-in Minsk prosesinin bağlanması qərarı tarixi hadisədir
Region17:12
Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib
Futbol17:11
Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 12 mövqe genişləndirib
Digər ölkələr17:08
Abbas Əraqçi livanlı həmkarını Tehrana dəvət edib
Region17:07
Foto
Dünya Turizm Filmlərinin mükafatlandırma mərasimi başlayıb
Mədəniyyət siyasəti17:07
Assosiasiya: Daxili bazarda zərgərlik məmulatlarına tələbat sabitdir
Biznes17:03