Azərbaycan xaricdən əldə edilən dividend üzrə vergi dərəcəsini 5%-ə endirir

Biznes
  • 04 dekabr, 2025
  • 15:54
Azərbaycan xaricdən əldə edilən dividend üzrə vergi dərəcəsini 5%-ə endirir

Azərbaycanda fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5 %-ə endirilə bilər.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Xatırladaq ki, "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsidir.

Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, rezident fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 % vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər. Növbəti ildən həmin vergi dərəcəsinin 5 %-ə endirilməsi təklif olunur.

Dəyişiklik, bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət göstərəcək. Bununla yanaşı, xaricdəki maliyyə vəsaitlərinin və investisiyaların ölkəyə axınını təşviqi üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti