Rasim Bağırov: Türk dövlətlərinin informasiya mübadiləsi vahid kommunikasiya məkanının formalaşmasına töhfə verir

Xarici siyasət
  • 27 noyabr, 2025
  • 10:21
Rasim Bağırov: Türk dövlətlərinin informasiya mübadiləsi vahid kommunikasiya məkanının formalaşmasına töhfə verir

Türk dövlətləri arasında informasiya mübadiləsi vahid kommunikasiya məkanının formalaşmasına töhfə verir.

"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında deyib.

Onun sözlərinə görə, TDT-yə üzv ölkələrin media sahəsində həyata keçirdiyi birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir:

"Azərbaycan türk dövlətlərində keçirilən müxtəlif tədbirlərdə daim iştirak edib. Bizim Türkiyə ilə media sahəsində əməkdaşlığa dair sənədimiz mövcuddur, həmçinin Özbəkistanla media sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalamışıq. Bu çərçivədə media qurumları arasında əlaqəliliyi artırmaq üçün qarşılıqlı səfərlər təşkil etmişik. Qırğızıstanla da bir çox tədbirlərdə birgə iştirak etmişik. Bunların hamısı bir daha göstərir ki, Azərbaycan həm TDT tərəfindən təşkil olunmuş, həm də quruma üzv ölkələrin özlərinin ayrıca keçirdiyi tədbirlərdə daim fəal iştirak edib".

R.Bağırov həmçinin bildirib ki, bugünkü iclasın gündəliyində əksini tapan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Son xəbərlər

Bütün Xəbər Lenti