Bu il Azərbaycanda 300 min manatdan çox əlavə gömrük ödənişləri büdcəyə daxil edilib

Biznes
  • 28 noyabr, 2025
  • 12:21
Bu il Azərbaycanda 300 min manatdan çox əlavə gömrük ödənişləri büdcəyə daxil edilib

Azərbaycanda Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) istifadəyə verilməsindən sonra cari ildə 300 min manatdan çox əlavə gömrük ödənişləri dövlət büdcəsinə daxil olub.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük idarəsinin Logistika Mərkəzinin Gömrük Postunun rəisi Rövşən Mahmudzadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ay ərzində bağlamalarla bağlı yarım milyon manatdan çox gömrük ödənişi büdcəyə daxil olur.

Onun sözlərinə görə, bu ildən ARAS vasitəsilə poçt bağlamalarına gömrük nəzarəti həyata keçirilir: "Gömrük yoxlamaları risk əsaslı sistem vasitəsilə təşkil olunur. Daşıyıcı şirkətlər tərəfindən həmin bağlamalar gömrük yoxlamasına təqdim olunur. Yoxlamalar zamanı aşkarlanan qanunsuz faktlara əsasən səhv bəyan etmələr daxildir. Söhbət vətəndaşlar tərəfindən gömrük dəyərinin səhv bəyan edilməsindən gedir. Buraya həmçinin malların saylarının düzgün göstərilməməsi daxildir. Gün ərzində orta hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir və buraxılışı təmin olunur".

Son xəbərlər

Bütün Xəbər Lenti