Anar Bağırov: Hüquqşünas peşəsi üzrə qəbul artırılmasa, gələcəkdə böyük problemlərlə qarşılaşacağıq

Hadisə
  • 28 noyabr, 2025
  • 12:10
Anar Bağırov: Hüquqşünas peşəsi üzrə qəbul artırılmasa, gələcəkdə böyük problemlərlə qarşılaşacağıq

Azərbaycanda hüquqşünas peşəsi üzrə qəbul artırılmasa, gələcəkdə daha böyük problemlərlə qarşılaşacağıq.

"Report" xəbər verir ki, o, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.

A.Bağırov bildirib ki, Azərbaycanda özəl və dövlət sektorunda kifayət qədər hüquqşünas tələbatı var:

"Azərbaycanda hüquqşünas peşəsi üzrə qəbul çox aşağıdır. Bu say artırılmasa, gələcəkdə daha böyük problemlərlə qarşılaşacayıq. Müşahidələr onu deməyə əsas verir ki, son dövrlər xanım hüquqşünasların sayı artmaqdadır. Bu gün imtahanda iştirak edənlərin 31 faizi xanımlardır. Artıq region və Bakıdan olan namizədlərin sayında da bərabərlik var. İmtahanda iştirak edənlərin 44 faizi regionları təmsil edir. Namizədlərin arasında gəmclərin sayı da kifayət qədərdir. Əvvəl vəkil olmaq üçün 3 il təcrübə lazım gəlirdisə, indi bu tələb 1 ilə endirilib. İmtahanda iştirak edənlərin 71 faizi 40 yaşınadək olan hüquqşünaslardır".

Son xəbərlər

Bütün Xəbər Lenti