Meksika səfiri: Bakı və Mexiko siyasi məsləhətləşmələrin yeni raundunun keçirilməsi üzərində işləyir

Xarici siyasət
  • 26 noyabr, 2025
  • 17:01
Meksika səfiri: Bakı və Mexiko siyasi məsləhətləşmələrin yeni raundunun keçirilməsi üzərində işləyir

Azərbaycan və Meksika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin yeni raundunun təşkili üzərində işləyir.

Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya Romero Kabalyero bildirib.

"Siyasi məsləhətləşmələr mexanizminə gəlincə, biz hazırda Azərbaycanın Meksikadakı yeni səfiri (Seymur Fətəliyev - red.) ilə birlikdə bu istiqamətdə fəal işləyirik. Bu, iki ölkənin görüşdə təqdim edəcəyi nəticələri müəyyənləşdirməli olduğumuz bir dövrdür. Ümid edirik ki, o (məsləhətləşmələr raundu - red.) mümkün qədər tez baş tutacaq, çünki əvvəlki görüş təxminən üç il əvvəl keçirilib", - diplomat qeyd edib.

Bakıdakı diplomatik missiyanın planlarından danışan səfir 2026-cı il üçün iddialı mədəni proqramın planlaşdırıldığını vurğulayıb:

"Biz Dieqo Riveranın əsərlərinin sərgisini keçirməyə davam edəcəyik – onları Azərbaycanın regionlarında da təqdim edə bilərik. Bundan başqa, musiqi, sərgi və qastronomiya sahələrində layihələrimiz var".

Qeyd edək ki, Azərbaycan və Meksika XİN-ləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu 2023-cü ilin mayında Meksikada keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti