Peskov Putin və Uitkoff arasında növbəti görüşün tarixini açıqlayıb
Region
- 28 noyabr, 2025
- 22:46
Rusiya Prezidenti Vladimir Putin gələn həftənin birinci yarısında ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.
"Report"un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, dəqiq tarix Kreml tərəfindən açıqlanacaq.
Xatırladaq ki, Putin və Uitkoff arasında görüşü ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də, çərşənbə axşamı elan etmişdi.
"Sülh planı üzərində işin başa çatacağına ümidlə xüsusi elçim Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım. Eyni zamanda, ABŞ-nin ordu naziri Den Driskoll Ukrayna tərəfi ilə görüşəcək", – deyə Ağ Evin rəhbəri "Truth Social"da yazıb.
Son xəbərlər
23:30
Əraqçi və Kallas Tehranın nüvə proqramını müzakirə ediblər
Region23:18
Argentinada 173 xəstənin ölümündən sonra 82 min fentanil flakonu müsadirə edilib
Digər ölkələr23:04
Foto
Qara dənizdə daha bir tanker zərbə alıb, 20 nəfər təxliyə edilib - YENİLƏNİB-2
Digər ölkələr22:46
"Real"ın futbolçusunun zədəsi sağalıb
Futbol22:46
Peskov Putin və Uitkoff arasında növbəti görüşün tarixini açıqlayıb
Region22:31
London və Brüssel Britaniyanın SAFE müdafiə proqramına qoşulması barədə razılığa gələ bilməyib
Digər ölkələr22:16
Video
KİV: Rusiyada raket bazasında partlayış baş verib
Region22:05
Foto
Naxçıvanda "Məktəblərdə Futbol Dərsi" layihəsinə start verilib
Futbol22:00