Kuba Prezidenti Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə hazırdır

Xarici siyasət
  • 26 noyabr, 2025
  • 11:08
Kuba Prezidenti Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə hazırdır

Kuba Prezidenti Migel Diaz-Kanel Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqovu qəbul edib.

"Report"un məlumatına görə, bu barədə Kuba Prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Yeni Azərbaycan Partiyasının sədr müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla səmimi görüşüm oldu. Fidel (Kastro - red.) və Heydər Əliyevin irsinə əsaslanaraq partiyalarımız, hökumətlərimiz və xalqlarımız arasında münasibətləri dərinləşdirməyi davam etdirməyə hazır olduğumu təsdiqlədim", - Kuba Prezidenti qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti