Könül Nurullayeva: Azərbaycan suverenliyini tam bərpa etməklə regionda yeni reallıqlar yaratdı

Xarici siyasət
  • 20 sentyabr, 2025
  • 12:53
Könül Nurullayeva: Azərbaycan suverenliyini tam bərpa etməklə regionda yeni reallıqlar yaratdı

Azərbaycan suverenliyini tam bərpa etməklə regionda yeni reallıqlar yaratdı.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, 2023-cü il sentyabrın 20-də həyata keçirilən uğurlu antiterror əməliyyatları zamanı Ali Baş Komandanın qətiyyəti, Ordunun peşəkar yönləndirilməsi, cəmiyyətin monolitliyi böyük zəfəri şərtləndirib:

"Yeni nəsil müharibənin qalibi olan Azərbaycan öz tarixi torpaqlarında sepatizmi məhv etdi, xunta rejimi ağ bayraq qaldıraraq təslim oldu. Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Beləliklə, Prezident İlham Əliyevin faəliyyətinin 20-ci ilində Azərbaycan bayrağı Xankəndi ilə yanaşı, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldıldı. Xankəndidə tarixi zəfər paradı keçirildi",

Milli Məclisin üzvü hesab edir ki, bu, 30 ilə yaxın müddətdə tarixi torpaqlarımızda hökm sürən terrorun, separatizmin kökünün kəsilməsinin əyani sübutu idi:

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə öz iradəsi və gücü hesabına son qoydu. Xankəndidə ucaldılan bayraq da göstərdi ki, 20 il ərzində Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi vədlərin hamısı əməli təsdiqini tapıb. Xalqımız istər 44 günlük müharibədə qazandığımız zəfərə, istərsə də antiterror əməliyyatlarında əldə etdiyimiz uğura layiqdir".

K.Nurullayeva azad olunmuş ərazilərdə üçrəngli bayrağın ucalması Azərbaycan dövlətinin bütün məsələləri iradəsi ilə həll etdiyini bir daha təsdiqlədi:

"Bu gün Xankəndidə, Xocavənddə, Ağdərədə, Xocalıda həm də şəhər günü qeyd olunur. Qısa müddətdə bütün azad olunmuş ərazilərimiz kimi, burada da genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu isə Azərbaycan xalqının, dövlətinin gücünü bir daha təsdiqləyir".

Son xəbərlər

Bütün Xəbər Lenti