Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanda görüş olub

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 01:38
Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanda görüş olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"Report" bu barədə "Haber Global"a istnadən xəbər verir.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, regionda baş verən hadisələr və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ceyhun Bayramov 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirak üçün Vyanada işgüzar səfərdədir.

Son xəbərlər

Bütün Xəbər Lenti