Zelenski: Ukrayna ABŞ-də yeni görüşlərə hazırlaşır

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 23:45
Zelenski: Ukrayna ABŞ-də yeni görüşlərə hazırlaşır

Ukrayna ABŞ-də görüşlərə hazırlaşır, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi Andrey Qnatov ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə təmasları davam etdirəcəklər.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"ABŞ-də görüşlərə hazırlaşırıq. Amerikalılar Moskvadan qayıtdıqdan və Vaşinqtonda müvafiq məsləhətləşmələrdən sonra Rüstəm Umerov, Andrey Qnatov və danışıqlar üçün lazım olan hər kəs Prezident Trampın nümayəndələri ilə söhbəti davam etdirəcək", – Ukrayna lideri deyib.

O qeyd edib ki, yaxın günlərdə bu cür görüşlərlə bağlı xəbərlər gözlənilir – "şəxsi görüşlər və ya telefon danışıqları – bütün tərəfdaşlar və onlarla Ukrayna arasında daimi əlaqə".

"Hazırda hər şey kifayət qədər səmərəli şəkildə gedir – Cenevrə və Floridadakı görüşlərdə Ukraynanı dinlədilər. Bu, vacibdir. Ümid edirik ki, bundan sonra da belə olacaq. Yalnız Ukraynanın maraqlarının nəzərə alındığı layiqli sülh mümkündür", – Prezident vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti