KİV: Kaliforniyada "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb

Digər ölkələr
  • 04 dekabr, 2025
  • 01:14
KİV: Kaliforniyada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-16" qırıcı təyyarəsinin Kaliforniya ştatının San-Bernardino dairəsində qəzaya uğradığı ehtimal olunur.

"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalının yerli bölməsi məlumat yayıb.

Hadisə Trona hava limanı yaxınlığında baş verib. Pilot orta dərəcəli xəsarətlər alıb. Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti