İlham Əliyev: Türkiyənin verdiyi siyasi və mənəvi dəstək bizi ruhlandırırdı

Xarici siyasət
  • 08 noyabr, 2025
  • 13:35
İlham Əliyev: Türkiyənin verdiyi siyasi və mənəvi dəstək bizi ruhlandırırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycan xalqına və ordusuna öz dəstəyini göstərib.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

"Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verir, bizi ruhlandırırdı", - Ölkə Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq:

"Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür".

İlham Əliyev: Türkiyənin verdiyi siyasi və mənəvi dəstək bizi ruhlandırırdı

İlham Əliyev: Türkiyənin verdiyi siyasi və mənəvi dəstək bizi ruhlandırırdı

Son xəbərlər

Bütün Xəbər Lenti