Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 20:27
Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

Boliviyanın yeni seçilmiş Prezidenti Rodriqo Pas dövlət başçısı kimi and içib.

"Report"un məlumatına görə, mərasim "Boliviya TV"də yayımlanıb.

Argentina, Paraqvay, Uruqvay, Çili və Ekvador prezidentləri - Xavyer Miley, Santyaqo Penya, Yamandu Orsi, Qabriel Boriç və Daniel Noboa andiçmə mərasimində iştirak üçün Boliviyaya gəliblər.

Həmçinin vitse-prezident Edmand Lara da and içib.

Xatırladaq ki, Pas oktyabrın 19-da keçirilən seçkilərin ikinci turunda dövlət başçısı seçilib. Səsvermənin nəticələri keçmiş prezidentlər Evo Morales (2006-2019) və Luis Arsenin (2020-2025) təmsil olunduqları "Sosializmə Doğru Hərəkat" Partiyasının təxminən 20 illik hakimiyyətinə son qoyub.

1989-cu ildən 1993-cü ilə qədər ölkəyə rəhbərlik etmiş keçmiş Boliviya prezidenti Xayme Pas Samoranın oğlu "hamı üçün kapitalizm" şüarı altında islahatlar həyata keçirəcəyinə söz verib. O, vergi gəlirlərini regionların və bələdiyyələrin xeyrinə yenidən bölüşdürməklə iqtisadiyyatın mərkəzsizləşdirilməsini, həmçinin mövcud kredit proqramının həyata keçirilməsini, kiçik və orta sahibkarlığı dəstəkləmək üçün vergi güzəştlərinin verilməsini təklif edir.

Son xəbərlər

Bütün Xəbər Lenti