Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı konsert proqramı təşkil olunub - YENİLƏNİB

Daxili siyasət
  • 08 noyabr, 2025
  • 19:16
Şuşada 8 Noyabr - Zəfərin təntənəsi adlı konsert proqramı təşkil olunub - YENİLƏNİB

Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbərə görə, Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib.

"8 Noyabr - Zəfərin təntənəsi" adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər.

Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin 5-ci ildönümü ilə əlaqədar Şuşa şəhərində "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər başlayıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə şəhər 1 saylı tam orta məktəbində bayram tədbiri keçirilir.

Məktəbin dəhlizində şagirdlərin Zəfər Gününü əks etdirən əl işləri və rəsm əsərləri sərgilənir. Tədbir çərçivəsində məktəblilərin Zəfərə həsr etdikləri şeir kompozisiyası, rəqs və musiqi nömrələri də təqdim olunacaq.

Həmçinin 1 saylı məktəbin şagirdləri və Qarabağ Universiteti tələbələrinin birgə hazırladığı "Səninlə fəxr edirəm" adlı tamaşa göstəriləcək.

Qeyd edək ki, Zəfər Gününə həsr olunan tədbirlər Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti