Azərbaycan cüdoçusu Fidan Əlizadə bürünc medal görüşündə uduzub - YENİLƏNİB

Fərdi
  • 08 noyabr, 2025
  • 20:49
Azərbaycan cüdoçusu Fidan Əlizadə bürünc medal görüşündə uduzub - YENİLƏNİB

Azərbaycan cüdoçusu Fidan Əlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal görüşündə uduzub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, milli üzvü 57 kq-da beşinci yeri tutub.

O, özbəkistanlı rəqibi Əminə Şukurjona uduzaraq yarışı medalsız başa vurub.

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 52 kq-da Aydan Vəliyeva özbəkistanlı rəqibinə qalib gəlib.

Ruslan Paşayev (66 kq) isə Qırğızıstan təmsilçisindən üstün olub.

Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, o, finalda məğlub olub.

K.Əliyeva həlledici görüşdə Tuğçe Bederə (Türkiyə) uduzub.

Qeyd edək ki, bu Azərbaycan cüdoçularının yarışda ilk medalı olub.

Son xəbərlər

Bütün Xəbər Lenti