Azərbaycanın Moldovadakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Xarici siyasət
  • 27 sentyabr, 2025
  • 14:10
Azərbaycanın Moldovadakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın Moldovadakı səfirliyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Report" diplomatik missiyanın "X" hesabındakı paylaşımına istinadən məlumat verir.

Səfirlikdə qeyd ediblər ki, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bundan başqa, onlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstü və Hərbi Memorialın önünə gül dəstələri düzüblər.

Son xəbərlər

Bütün Xəbər Lenti