Şimal-qərb rayonlarında şəhidlərin xatirəsi anılıb
- 27 sentyabr, 2025
- 15:35

Şimal-qərb rayonlarında şəhidlərin xatirəsi anılıb.
"Report"un şimal-qərb bürosunun məlumatına görə, Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayonların Şəhidlər xiyabanlarında Birinci Qarabağ və Vətən müharibələri, 2022-ci ilin sentyabr döyüşləri, 2023-cü ilin lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə gül dəstələri düzülüb.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.