Elnur Məmmədov Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun iclasında iştirak edib

Xarici siyasət
  • 27 sentyabr, 2025
  • 16:21
Elnur Məmmədov Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun iclasında iştirak edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin Baş Assambleyasının 80-ci sessiyasın (UNGA80) çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun iclasında iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "X" hesabında paylaşım edib.

Elnur Məmmədov çıxışında Azərbaycanın münaqişənin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə ardıcıl dəstəyini bir daha vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti