Azərbaycan Hindistan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 93 dəfə artırıb
- 27 sentyabr, 2025
- 16:21

Bu ilin l yarısında Azərbaycan Hindistan iqtisadiyyatına 2 milyon 603 min manat ABŞ dolları birbaşa investisiya qoyub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 93 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Hindistan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0 %-dən 0,2 %-ə çatıb.
6 ay ərzində Hindistan isə Azərbaycan iqtisadiyyatına 24 milyon 309 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 9,8 % çoxdur.
Hesabat dövründə Böyük Hindistanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,7 %-dən 0,8 %-ə çatıb.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 % çox) təşkil edib.