NATO PA-nın hesabatlarında Azərbaycanla bağlı müddəalar qeyd olunub

Xarici siyasət
  • 13 oktyabr, 2025
  • 13:56
NATO PA-nın hesabatlarında Azərbaycanla bağlı müddəalar qeyd olunub

NATO Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda Azərbaycanın müttəfiq və tərəfdaş dövlətlərinin enerji təhlükəsizliyinə töhfəsi, ölkədə humanitar minatəmizləmə sahəsində qadınların rolu və milli maraqlara cavab verən digər müddəalar əks olunub.

"Report" xəbər verir ki, bununla bağlı Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 71-ci illik sessiyasında vurğulanıb.

Sessiya çərçivəsində NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, Alyansın müdafiəsinin, o cümlədən şərq cinahında müdafiənin və davamlılığın gücləndirilməsi, NATO-nun yeni müdafiə xərclərinin arxitekturası, Avropanın və Transatlantikanın müdafiə sənayesi, Deyton Sülh Razılaşmasının 30 illiyi, Qərbi Balkanların təhlükəsiz və sabit gələcəyi, BMT Təhlükəsizlik Şurasının qadın, sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş 1325 nömrəli Qətnaməsinin 25 illiyi, geniş Qara Dəniz regionuna təhlükələr, müttəfiqlərin kritik dəniz infrastrukturuna təhlükələr, Avro-Atlantika məkanında hibrid təhdidlər, geo-iqtisadi parçalanma, Şimali Amerika və Avropanın müdafiəsinin inkişafı, Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Ukraynadakı müharibə, Arktika, çoxqütblü dünyada elm və texnologiyalar, kosmik fəza, kibertəhlükəsizlik, yüksək texnologiyaların və süni intellektin tətbiqi, pilotsuz uçuş aparatları ilə aparılan müharibələrin gələcəyi və digər mövzular ətrafında müzakirələr aparılıb.

Sessiyada Milli Məclisin deputatı Ramid Namazovun rəhbərlik etdiyi parlamentin NATO PA-dakı nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi fəal iştirak edir.

Qeyd olunub ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə, İtaliya, Serbiya, Macarıstan, Belçika, Slovakiya, Latviya, Rumıniya, habelə digər müttəfiq və tərəfdaş dövlətlərin parlament nümayəndə heyətləri ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan-NATO PA çərçivəsində tərəfdaşlıq, Azərbaycanın müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Həmçinin Azərbaycan nümayəndə heyəti ilə NATO Parlament Assambleyasının yeni seçilmiş Baş katibi xanım Benedetta Berti arasında tanışlıq görüşü baş tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti