Kallas: Aİ xüsusi tribunalın yaradılması üçün 10 milyon avro ayıracaq

Region
  • 13 oktyabr, 2025
  • 14:04
Kallas: Aİ xüsusi tribunalın yaradılması üçün 10 milyon avro ayıracaq

Avropa diplomatiyasının başçısı Kaya Kallas Rusiyanın cinayətləri ilə bağlı xüsusi tribunalın yaradılmasına 10 milyon avro, deportasiya edilmiş ukraynalı uşaqlara dəstək üçün isə əlavə 6 milyon avro ayrılacağını elan edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, o, bunu Kiyevdə Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

Kallas mayda Lvovda bu tribunalın fəaliyyətə başlaması üçün Aİ xarici işlər nazirlərinin görüşünün keçirildiyini xatırladıb.

Bundan başqa, onun sözlərinə görə, Aİ qış dövründə Ukraynaya dəstək üçün artıq 800 milyon avro səfərbər edib və daha 100 milyon avro ayırmağı planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti