KİV: Bryus Uillis nitqini və hərəkət qabiliyyətini itirib
Şou-biznes
- 22 iyul, 2025
- 20:26

Mart ayında 70 yaşı tamam olan amerikalı aktyor Bryus Uillis, ehtimal ki, danışmaq və hərəkət etmək qabiliyyətini tamamilə itirib.
“Report” xəbər verir ki, bu barədə “The Express Tribune” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, döyüş filmlərinin ulduzu ağır hərəkət qüsurlarından əziyyət çəkir, artıq danışmır və oxuya bilmir.
Xatırladaq ki, 2022-ci ilin martında aktyorun qızı Rumer Uillis atasının koqnitiv funksiyalara təsir edən afaziyaya görə karyerasını bitirdiyini açıqlamışdı. Sonradan məlum olub ki, Uillisə beynin frontal və temporal hissələrini təsir edən frontotemporal demensiya diaqnozu qoyulub. Xəstəliyin səbəbi, bir qayda olaraq, genetik meyldir.
Son xəbərlər
05:20
Bayden yenidən dəri xərçəngi ilə bağlı əməliyyat olunub
Digər ölkələr05:18
KİV: Si Cinpin sentyabrın 8-də BRİKS sammitində iştirak edəcək
Digər ölkələr04:46
Dövlət Departamentinin keçmiş əməkdaşı Çinə casusluq etdiyinə görə 4 il müddətinə həbs olunub
Digər ölkələr04:21
Foto
Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə baş verib, ölənlər və yaralananlar var
Hadisə03:28
Tailand parlamenti yeni baş naziri seçəcək
Digər ölkələr03:13
Kosta Aİ-nin genişlənməsini mühüm geosiyasi sərmayə adlandırıb
Digər ölkələr02:42
KİV: Uitkoff Trampın Putin və Zelenski ilə görüşə hazır olduğunu bildirib
Digər ölkələr02:15
Maskın "Neuralink" şirkəti gələn il kor xəstədə görmə bərpası əməliyyatı planlaşdırır
Elm və təhsil02:01