Dövlət Departamentinin keçmiş əməkdaşı Çinə casusluq etdiyinə görə 4 il müddətinə həbs olunub

Digər ölkələr
  • 05 sentyabr, 2025
  • 04:46
Dövlət Departamentinin keçmiş əməkdaşı Çinə casusluq etdiyinə görə 4 il müddətinə həbs olunub

Virciniya ştatının Şərq dairəsi məhkəməsi ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşını məxfi məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürdüyünə görə 4 il həbs cəzasına məhkum edib.

"Report" Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmə materiallarında deyilir.

İstintaqa görə, 42 yaşlı Maykl Çarlz Skina internetdə özünü ona beynəlxalq konsaltinq şirkətlərinin işçiləri kimi təqdim edən insanlarla tanış olub. 2022-ci ilin aprel ayından müxtəlif elektron platformalar vasitəsilə onlarla əlaqə saxlayıb və pul kompensasiyası müqabilində onlara məxfi məlumatları ötürüb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatında ​​deyildiyi kimi, Skina həmsöhbətlərinin Çin hökumətinin maraqlarına uyğun hərəkət etdiyinə dair kifayət qədər aydın siqnallar aldıqdan sonra da onlarla əlaqə saxlamağa davam edib.