Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 özəl şirkəti açıqlanıb

Biznes
  • 28 noyabr, 2025
  • 11:32
Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 özəl şirkəti açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi olub.

"Report"un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, şirkətin qeyd edilən dövr ərzində ixracı 97,4 milyon ABŞ dolları (il ərzində 3,63 dəfə və ya 70,6 milyon ABŞ dolları artım) təşkil edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda 10 özəl şirkət 483,8 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (298,8 milyon ABŞ dolları) ilə müqayisədə 61,91 % və ya 185 milyon ABŞ dolları çoxdur.

Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 şirkəti:

Şirkət

2025-ci ilin yanvar-oktyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)

2024-cü ilin yanvar-oktyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)

Faiz fərqi

"Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi

97,4

26,8

263,43 %

"Prime Cotton" MMC

95,2

87,3

9,05 %

"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC

51,1

34,5

48,12 %

"Baku Steel Company" QSC

50,6

53,7

-5,77 %

"Export Stream" MMC

40,2

4,7

755,32 %

"STP Alüminium" MMC

34,1

16,3

109,2 %

"Tabaterra" QSC

33,3

29,3

13,65 %

"UYTROP" MMC

29,3

0

-

"P-Aqro" MMC

27,8

25,7

8,17 %

"HOLCİM Azərbaycan" ASC

24,8

20,5

20,98 %

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 6,6 % artaraq 3 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti