Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Sağlamlıq
  • 05 sentyabr, 2020
  • 14:26
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
“Report” xəbər verir ki, hazırda xəstələrin 131-i reanimasiyadadır. 

Məlumata görə, 12 xəstə isə süni tənəffüs cihazına qoşulub. 
Ümumilikdə 2 082 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 192 nəfərə, sağalanların sayı 34 565 nəfərə, vəfat edənlərin sayı isə 545 nəfərə çatıb.