İrandan Azərbaycana gətirilən 495 kq darçın yararsız olub
Sağlamlıq
- 30 mart, 2021
- 13:39

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Fruit-A” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən 495 kq darçın məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Son xəbərlər
15:38
Gəncədə ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var
Hadisə15:37
"Barselona"nın sabiq futbolçusu İran klubuna keçib
Futbol15:31
Lyayen: Kreml beynəlxalq hüququ pozur, insanları öldürür
Digər ölkələr15:12
Adı "Qırmızı Kitab"a düşmüş qara kərkəs IDEA tərəfindən xilas edilib
Ekologiya15:08
KİV: OPEC+ ölkələri oktyabrda hasilatı artırmağa razılaşıb
Energetika15:00
Azərbaycan millisi Avropa Kubokunda yarımfinala yüksəlib
Komanda14:44
"Beşiktaş" "Liverpul"un futbolçusunu heyətinə qatmaq istəyir
Futbol14:31
Türkiyənin qərbində güclü zəlzələ baş verib
Region14:10