"Beşiktaş" "Liverpul"un futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
  • 07 sentyabr, 2025
  • 14:44
Beşiktaş Liverpulun futbolçusunu heyətinə qatmaq istəyir

Türkiyənin "Beşiktaş" klubu İngiltərə təmsilçisi "Liverpul"da çıxış edən Federiko Kyezanı heyətinə qatmaq istəyir. 

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat paylaşıb. 

İstanbul komandası 27 yaşlı hücumçunun fikrini öyrənmək üçün onunla əlaqə də saxlayıb. Mersisayd təmsilçisi isə Kyezanı icarəyə vermək niyyətində deyil. Ölkə çempionu unun mümkün transferini nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Kyeza 2024-cü ilin avqustunda "Yuventus"dan "Liverpul"a keçib.