"OPEC+" "səkkiz"liyi oktyabrda neft hasilatını sutkada 137 min barel artırmağa razılaşıb - YENİLƏNİB

Energetika
  • 07 sentyabr, 2025
  • 17:14
OPEC+ səkkizliyi oktyabrda neft hasilatını sutkada 137 min barel artırmağa razılaşıb - YENİLƏNİB

Səkkiz aparıcı OPEC+ ölkəsi əlverişli bazar əsaslarına görə neft hasilatını artırmaq qərarına gəlib - 137 min barel (sentyabr səviyyəsi ilə müqayisədə).

"Report" xəbər verir ki, bu barədə "OPEC+" "səkkiz"liyin iclasının yekunlarına dair məlumatda yer alıb.

"Qlobal iqtisadiyyatın sabit perspektivi və aşağı neft ehtiyatlarında əks olunan əlverişli bazar əsasları səbəbindən səkkiz iştirakçı ölkə hasilatı 2023-cü ilin aprelində elan edilmiş gündəlik 1,65 milyon barellə müqayisədə gündəlik 137 min barel tənzimləmək qərarına gəlib", - OPEC qeyd edib.

Qeyd olunub ki, səkkiz OPEC+ ölkəsi bazar vəziyyəti, uyğunluq və kompensasiyanı təhlil etmək üçün aylıq görüşlər keçirəcək və ilk görüşün 2025-ci il oktyabrın 5-də keçiriləcəyi planlaşdırılır. 

OPEC+ ölkələri oktyabrda neft hasilatının növbəti dəfə artırılması ilə bağlı prinsipial razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qrup üzvlərinin bazar günü onlayn danışıqlar zamanı gündəlik hasilatın 137 min barel artırılmasını təsdiqləyəcəyi gözlənilir.

"Bloomberg" mənbələrə istinadən bildirib ki, ölkələr qiymətləri saxlamaq əvəzinə bazar payını qazanmaq lehinə siyasətini dəyişməyə diqqət yetirir.