Tailand kralı ölkəyə yeni Baş nazir təyin edib

Digər ölkələr
  • 07 sentyabr, 2025
  • 14:10
Tailand kralı ölkəyə yeni Baş nazir təyin edib

Anutin Çanvirakul Tailandın yeni Baş naziri təyin edilib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Tayland kralı Maha Vaçiralonqkorn parlamentdə səsvermədə qalib gəldikdən sonra mühafizəkar "Bumyajtay" partiyasının sədri A.Çanvirakulu yeni Baş nazir kimi təsdiqləyib.

Agentlik qeyd edib ki, əvvəlki Baş nazir keçmiş Baş nazir Taksin Şinavatranın qızı Phethonqthan Şinavatra olub.

2025-ci ildə o, Kamboca ilə sərhəd problemini həll etmək cəhdləri zamanı mümkün etik pozuntularla bağlı araşdırmadan sonra vəzifəsindən uzaqlaşdırılıb.