Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı
Sağlamlıq
- 27 aprel, 2021
- 19:19
Sosial şəbəkələrdə və KİV-də "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.
Bununla bağlı "Yeni klinika"dan "Report"a bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya şöbəsinə mobil telefonla giriş qadağandır.
"Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib", - deyə "Yeni Klinika"dan bildirilib.
Son xəbərlər
11:53
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna hücum nəticəsində dəyən zərəri qiymətləndirir
Digər ölkələr11:50
Rusiyanın nümayəndə heyəti Vaşinqtonda G20 görüşündə iştirak edəcək
Region11:44
Lidiya Brito: UNESCO Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir
Elm və təhsil11:42
Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir
Elm və təhsil11:38
Foto
Video
"Yasamal" bazarı və "İnşaatçılar" metrostansiyası ətrafında qanunsuz küçə satışına qarşı reyd keçirilib
Sağlamlıq11:34
Norm sement istehsalında emal olunmuş qazma şlamından istifadəni sınaqdan keçirib
Biznes11:33
Nazirlik rəsmisi: Könüllülük Azərbaycan cəmiyyəti üçün strateji əhəmiyyət daşıyır
Daxili siyasət11:30
Azərbaycanın şin istehsalçısının ləğvi ilə bağlı komissiya yaradılır
Biznes11:29