Lidiya Brito: UNESCO Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir
- 04 dekabr, 2025
- 11:44
UNESCO uzun illərdir akademik Yusif Məmmədəliyevin dünya miqyasında elm və mədəniyyətə verdiyi töhfələri yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun müavini Lidiya Brito dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, akademikin töhfələri müasir elmi və sosial çağırışlar baxımından hələ də son dərəcə mühümdür:
"Yusif Məmmədəliyev XX əsrin kimya sahəsində öncül simalarından biri idi. Onun baxışı regional və qlobal elmi səhnələri dəyişdirib. Onun aviakimya və raket - qaynaq yanacağı sahəsindəki yenilikləri yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə sənaye təcrübələrinə təsir göstərdi, regionda və dünyada tədqiqatlara ilham verdi".
Baş direktorun həmçinin bildirib ki, UNESCO elm, təhsil və mədəniyyətin inkişafı sahəsində Azərbaycanla uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir və bu əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.