Türkiyəli nazir: Azərbaycanla çiyin-çiyinə addımlamağa davam edəcəyik

Region
  • 18 oktyabr, 2025
  • 23:43
Türkiyəli nazir: Azərbaycanla çiyin-çiyinə addımlamağa davam edəcəyik

Azərbaycanla çiyin-çiyinə addımlamağa davam edəcəyik.

"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı "X"dəki səhifəsində yazıb.

"Can Azərbaycanı Müstəqilliyinin Bərpası Gününün 34-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Tarixə köklənmiş qardaşlığımız və gələcəyə uzanan sarsılmaz dostluğumuzla hər zaman çiyin-çiyinə getməyə davam edəcəyik", - nazir vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti