Netanyahu: Müharibə HƏMAS-ın tərksilahından və Qəzzanın silahsızlaşmasından sonra bitəcək
Digər ölkələr
- 19 oktyabr, 2025
- 01:48
Qəzzada müharibə HƏMAS və İsrail arasında sülh razılaşmasının bütün şərtləri yerinə yetirildikdə sona çatacaq.
"Report"un "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Bu (müqavilə - red.) ilk növbədə, birinci mərhələni - bütün girovlarımızın qaytarılmasını əhatə edir. Biz hazırda bunun üzərində işləyirik", - o qeyd edib.
Netanyahunun sözlərinə görə, İsrail razılaşmanın tam yerinə yetirilməsində qətiyyətlə israrlıdır.
"Əgər HƏMAS silahlarını yerə qoymaqdan imtina edərsə, biz buna güc yolu ilə nail olacağıq. Yalnız HƏMAS tərksilah edildikdən və Qəzza demilitarizasiya edildikdən sonra müharibə nəhayət başa çatacaq", - İsrailin Baş naziri vurğulayıb.
Son xəbərlər
07:05
Masallının mərkəzində iki saat işıq olmayacaq
Energetika06:32
ABŞ-nin patrul təyyarəsi SEPAH-ın təlim keçirdiyi rayon üzərində kəşfiyyat aparıb
Digər ölkələr06:07
Nyu-Yorkun şimalında kilsədə partlayış olub, azı beş nəfər yaralanıb
Digər ölkələr05:40
Vaşinqtonun sorğusu əsasında İsveçdə Rusiya vətəndaşı saxlanılıb
Digər ölkələr05:13
Koloradoda yol qəzasında dörd nəfər ölüb, 29 nəfər yaralanıb
Digər ölkələr04:42
Fransada daşqın nəticəsində 100 min hektardan çox ərazi su altında qalıb
Digər ölkələr04:04
"USS Gerald R. Ford" ABŞ-nin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub
Digər ölkələr03:38
"Politico": Avropalıların yarısından çoxu demokratiyadan narazıdır
Digər ölkələr03:08