Fidan: Rusiya-Ukrayna müharibəsinin həllində irəliləyişin olacağına ümid edirik

Region
  • 19 oktyabr, 2025
  • 00:12
Fidan: Rusiya-Ukrayna müharibəsinin həllində irəliləyişin olacağına ümid edirik

Türkiyə 2025-ci ilin sonuna qədər Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı irəliləyişin olacağına ümid edir.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Ülke TV"yə müsahibəsində deyib.

O xatırladıb ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda mühüm danışıqların üç raundu keçirilib: "Türkiyə Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına lazımi töhfə verməyə hazırdır və ilin sonuna qədər bu istiqamətdə müsbət addımların atılması barədə ümidliyəm", - Fidan bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti