Tramp: Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib

Digər ölkələr
  • 19 oktyabr, 2025
  • 00:36
Tramp: Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ABŞ-yə gələn narkotik daşıyan sualtı qayığın məhv edildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social"da paylaşım edib.

Amerika lideri sualtı qayıqda dörd nəfərin olduğunu bildirib, onlardan ikisi sağ qalıb.

Sağ qalanlar Ekvador və Kolumbiyada məhkəmə qarşısına çıxarılacaq.

"ABŞ-yə gələn çox böyük sayda narkotik vasitə daşıyan sualtı qayığı məhv etmək böyük şərəf idi. Amerika kəşfiyyatı bu gəminin ilk növbədə fentanil və digər qadağan olunmuş narkotiklərlə yükləndiyini təsdiqləyib. Əgər mən bu sualtı qayığın sahilə yan almasına icazə versəydim, azı 25 min amerikalı həlak olardı", - ABŞ Prezidenti yazıb.

Bundan əvvəl Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə ABŞ-nin Karib dənizində narkotik daşıyan sualtı qayığa hücum etdiyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti