Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Region
  • 08 noyabr, 2025
  • 00:38
Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Min ton ağırlığındakı Qazaxıstan taxılının ilk partiyası Ermənistana (Ayrım stansiyasına) çatıb.

"Report"un məlumatına görə, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

Onun sözlərinə görə, taxılın çatdırılması üçün Qazaxıstan- Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutundan istifadə edilib. Nazir qeyd edib ki, bu, Ermənistan və Azərbaycan arasında sülh gündəliyi kontekstində əldə olunan razılaşmalar sayəsində mümkün olub.

O, bir neçə gün əvvəl Ermənistana dəmir yolu ilə Rusiya taxılının çatdırıldığını xatırladıb.

Son xəbərlər

Bütün Xəbər Lenti