Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 00:55
Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Amerika qoşunlarının Avropadakı ümumi sayı hələlik dəyişmir, baxmayaraq ki, ABŞ-ın bir hissə hərbçiləri Rumıniyadan çıxarılıb.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz dəyişikliklər edirik. Qoşunları köçürürük. Lakin söhbət eyni ümumi saydan gedir. Sadəcə insanları yerini dəyişirik", – deyə Tramp Rumıniyadan ABŞ hərbçilərinin çıxarılmasını şərh edərkən bildirib.

Tramp əlavə edib ki, bu, Pentaqonun özbaşına qəbul etdiyi qərar deyil.

"Xeyr, onlar (ABŞ Müdafiə Nazirliyinin rəhbərləri – red.) mənim dediklərimin heç birini nəzərə almamazlıq etmirlər", – deyə prezident vurğulayıb.

Öz növbəsində, ABŞ müharibə naziri Pit Heqset əmin edib ki, Ağ Ev ilə koordinasiya edilməmiş heç bir şey olmayıb.

"Bu bizim Avropa barədə fikrimizin bir hissəsidir. ABŞ qoşunları Rumıniyada qalacaq, lakin rotasiya qaydasında və sayında dəyişikliklər var", - deyə Pentaqon rəhbəri izah edib. Onun sözlərinə görə, hamı əvvəlcədən məlumatlandırılıb, ABŞ bu addımları Buxarest və NATO ilə koordinasiya edib.

Son xəbərlər

Bütün Xəbər Lenti