Ayxan Hacızadə: Bu zəfər tarixi ədalətin rəmzidir

Xarici siyasət
  • 08 noyabr, 2025
  • 01:04
Ayxan Hacızadə: Bu zəfər tarixi ədalətin rəmzidir
Ayxan Hacızadə

Bu gün biz şanlı qəhrəmanlıq tariximizi – 8 Noyabr Zəfər Gününü qeyd edirik!

"Report" xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Zəfər Günü ilə bağlı paylaşımında yer alıb.

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu zəfər ölkəmizin suverenliyinin, ədalətin və beynəlxalq hüququn təntənəsidir. Bu zəfər hər bir azərbaycanlının qəlbində milli iftixarın və tarixi ədalətin rəmzidir", - A. Hacızadə qeyd edib.

Xatırladaq ki, Ayxan Hacızadə noyabrın 7-də "Report"a müsahibə verib. O, müsahibədə Azərbaycanın regionda və dünyada gedən siyasi proseslərdə artan rolu, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti, Avropa Siyasi Birliyinin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitində iştirak, Fransa ilə münasibətlər, Azərbaycanın xarici ölkələrdə yeni açılacaq diplomatik missiyaları və digər məsələlər ətrafında sualları cavablandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti