Paşinyan: Xarici borcumuz silah alışı hesabına artıb
Region
- 13 noyabr, 2025
- 17:49
Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, biz bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - biz silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi", - o qeyd edib.
N.Paşinyan qeyd edib ki, əgər kimsə onun dediklərinə inanmırsa, o, əldə edilmiş silahları nümayiş etdirməyi təklif edir.
Daha əvvəl Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2026-cı il üçün büdcə layihəsini təqdim edərkən qeyd edib ki, ölkənin dövlət borcu 2018-ci ildən bəri 80 % artıb.
Son xəbərlər
19:31
HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək
Digər ölkələr19:30
Şimali Kiprdə türk dövlətlərindən 50 min tələbə təhsil alır
Xarici siyasət19:27
Paşinyan: 2026-cı il seçkiləri parlamenti xarici təsir agentlərindən azad etmək imkanıdır
Region19:24
"Azərreyl" CEV Kubokundakı ilk matçında uduzub
Komanda19:21
CAR 2036 və ya 2040-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etməyi planlaşdırır
Digər ölkələr19:18
Foto
Bakıda Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilir
Xarici siyasət19:17
DİN Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib
Hadisə19:14
Asiya İnkişaf Bankı Türkiyə üçün ilk maliyyə paketini təsdiqləyib
Maliyyə19:13