HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək
Digər ölkələr
- 13 noyabr, 2025
- 19:31
HƏMAS İsrailə daha bir girovun meyitini təhvil verəcəyini açıqlayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, meyitin bu gün gecə saatlarında təhvil verilməsi gözlənilir.
İsrail isə hələlik planlaşdırılan təhvil prosesi ilə bağlı rəsmi bildiriş almadığını açıqlayıb.
Qeyd olunur ki, meyit Qəzzanın cənubunda, Xan Yunisdə aşkarlanıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı çərçivəsində HƏMAS İsrail həbsxanalarında saxlanılan 2000-ə yaxın fələstinlinin qarşılığında 20 girovu azad edib. Bundan əlavə, hərəkat əsirlikdə ölən 28 girovdan 15-nin qalıqlarını təhvil verib.
Meyitlərin qaytarılması Qəzza zolağında ölən girovların saxlandığı binaların geniş şəkildə dağıdılması ilə çətinləşir.
Son xəbərlər
19:42
Venesuela ABŞ-də ölkənin müvəqqəti işlər vəkilini təyin edib
Digər ölkələr19:40
Romada İsrail və Livan arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB
Digər ölkələr19:39
Britaniya və Aİ uzun çəkən danışıqlardan sonra Cəbəllütariqə dair müqavilə imzalayıb
Digər ölkələr19:28
Gəncədə qidadan zəhərləndiyi ehtimal olunan şəxslərdən birinin vəziyyəti ağırdır - YENİLƏNİB
Hadisə19:17
Tramp Hörmüzdən keçid üçün 20 %-lik rüsumdan imtina edib
Digər ölkələr19:08
TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
Media18:56
Bəhreyndə üç nəfər İranın xeyrinə casusluğa görə ömürlük həbs edilib
Digər ölkələr18:51
Bakıda daha üç ünvanda yol təmiri başa çatıb
İnfrastruktur18:43