Bakıda Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib - YENİLƏNİB
- 13 noyabr, 2025
- 21:12
Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 42-ci ildönümü münasibətilə noyabrın 13-də Bakıda tədbir təşkil edilib.
"Report" xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin, eləcə də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirilib.
Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer xalqımızı və qəhrəman Azərbaycan Ordusunu 5 il əvvəl qazanılmış Qarabağ Zəfəri münasibətilə təbrik edib.
Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Kipr türkü sülh və əmin-amanlıq yolunda müstəqillik mübarizəsini qətiyyətlə davam etdirir.
Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.
Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 42-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilir.
"Report" xəbər verir ki, tədbir Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.
Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirlər.