Şimali Kiprdə türk dövlətlərindən 50 min tələbə təhsil alır

Xarici siyasət
  • 13 noyabr, 2025
  • 19:30
Şimali Kiprdə türk dövlətlərindən 50 min tələbə təhsil alır

Şimali Kiprdə türk dövlətlərindən 50 min tələbə təhsil alır.

"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer bu ölkənin müstəqilliyinin 42-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Millət olaraq dərin ağır və kədər içərisində olduğumuz bu günlərdə Cümhuriyyətimizin 42 ildönümü üçün bir araya gəlmişik. Gürcüstandakı təyyarə qəzasında həlak olan əziz şəhidlərimizə (Türkiyə hərbçiləri-red.) Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm", - o qeyd edib.

U. Turqaner Qarabağ Zəfərinin beşinci ildönümü mqnasibətilə Azərbaycanı bir daha təbrik edib.

Diplomat daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik yolundan söz açaraq bu hadisədə Türkiyənin rolunu yüksək qiymətləndirib.

"Kipr türkü 1983-cü ildə qurduğu dövləti ilə müstəqillik və suverenliyindən vaz keçməyəcəyini bütün dünyaya bəyan edib. Şimali Kipr Türk Cümhuriyyəti bütün maneələrə baxmayaraq, haqlı mübarizəsini əzmlə davam etdirəcək. Kipr məsələsinin ədalətli həlli tapılmalıdır. Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusla çıxış etməsi bizim üçün böyük məsuliyyətdir. Köklü bir təhsil sisteminə malik ölkəmizdə bu gün türk dünyasından 50 min tələbə təhsil alır. Azərbaycanla ticari əlaqələr də gün-gündən inkişaf edir. Azərbaycanla olan münasibətdəki irəliləyiş Şimali Kiprə dəstəyin nümayişidir".

Son xəbərlər

Bütün Xəbər Lenti