Kobaxidze: Orta Dəhliz Şərqlə Qərbi birləşdirən etibarlı və strateji marşrutdur

Region
  • 22 oktyabr, 2025
  • 17:18
Kobaxidze: Orta Dəhliz Şərqlə Qərbi birləşdirən etibarlı və strateji marşrutdur

Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze panel müzakirəsində çıxış edərək Orta Dəhlizin region üçün strateji əhəmiyyətini vurğulayıb.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, nazir bildirib ki, Gürcüstanın Avropa və Asiyanın qovşağında yerləşən mövqeyi ölkəni Şərq və Qərb arasında etibarlı tranzit marşrutu kimi tanıdır və malların, xidmətlərin, enerjinin və rəqəmsal məlumatların vaxtında və səmərəli daşınmasını təmin edir.

Kobaxidze qeyd edib ki, ölkənin çoxfunksiyalı və çoxistiqamətli hub olma vizyonu çərçivəsində həyata keçirilən Anaklia Dərin Dəniz Limanı, Şərq-Qərb Magistralı, Qara Dəniz Sualtı Kabeli, BTQ Dəmir Yolu layihələri Orta Dəhlizin inkişafına mühüm töhfə verir.

Baş nazirin sözlərinə görə, qlobal qeyri-müəyyənlik və regional geosiyasi gərginliklərə baxmayaraq, Gürcüstan sülh və sabitliyin etibarlı dayağı olaraq qalır.

"Davamlı sülh və dayanıqlı irəliləyiş vizyonu ilə hərəkət edən ölkə sabit inkişaf yolunu qoruyur, makroiqtisadi sabitliyi təmin edir, diqqətəlayiq iqtisadi artım nümayiş etdirir və yüksək iqtisadi dayanıqlılıq göstərir. Bu nailiyyətlər hökumətin "sülh proqnozlaşdırıla bilənliyi yaradır" strategiyasının birbaşa nəticəsidir", - deyə Kobaxidze əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti