Çempionlar Liqası: "Atletik" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb

Futbol
  • 22 oktyabr, 2025
  • 19:35
Çempionlar Liqası: Atletik və Qarabağ komandalarının start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Atletik" (Bilbao, İspaniya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, "San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Atletik": Unay Simon, Andoni Qorosabel, Aytor Parades, Oyan Sanset, İnyaki Uilyams (k), Niko Uilyams, Qorka Quruseta, Emerik Lyaporta, Yuri Berçiçe, Mikel Xaureqisar, Alexandro Reqo.

"Qarabağ": Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Nəriman Axundzadə.

Son xəbərlər

Bütün Xəbər Lenti